Biz hesab edirik ki, cəmiyyətdə uğurla addımlamaq üçün onu yaxından tanımaq lazımdır. Bu məqsədlə biz PR- şöbəni yaratdıq (public relations- ictimai əlaqələr). Hal–hazırda şöbənin qarşısında duran əsas vəzifələr bunlardır:
• Təşkilatın imicini qorumaq və qaldırmaq
• Cəmiyyətdə baş verən prosesləri izləməklə ictimai fikri öyrənmək
• Müştəri şikayət və təkliflərinə qarşı son dərəcə həssaslıqla yanaşmaq
• İş prosesində əməkdaşlıq etdiyimiz işğüzar dairələrlə əlaqə saxlamaq
• Əməkdaşların təşkilatda davranış qaydalarını müəyyən etmək
• Marketinq və xeyriyyə tədbirlərini təşkil etmək
QAYNAR XƏTT
Müştərilərlə əlaqəni intensivləşdirmək və onların ehtiyaclarını daha daha tez təmin etmək üçün sürətli telefon əlaqəsi yaratdıq. Aşağıda göstərilən nömrə vasitəsilə bizimlə əlaqə saxlayaraq iş prosesi zamanı meydana çıxan təklif və iradlarınızı bildirə, zəruri məlumatları ala bilərsiniz
QAYNAR XƏTT (012) 418 81 39
|