Ana səhifə
Şirkət haqqında
Xarici əlaqələr
Kadr siyasəti
PR- şöbə
İSO
Fotoqalereya
 
   



2006-cı ilin noyabr ayından 2007-ci ilin iyul ayına qədər aparılmış gərgin iş sayəsində «Odlar Yurdu-95» əczaçılıq şirkəti İSO 9001-2000 sertifikatına layiq görüldü. Əsasən idarəetmənin, sənədlərin dövriyyəsinin və saxlanmasının, iş prosesindəki kəsilməz əlaqənin düzgünlüyünə, tamlığına və dəqiqliyinə şamil olunan bu keyfiyyət sistemi şirkətin illərdən bəri yaratdığı iş şəraitinin, idarəetmə təcrübəsinin, işləmə və mübadilə bacarığının beynəlxalq standartlara uyğun olduğunu sübut etdi. Dünyanın ən məşhur standartlaşdırma sistemi olan İSO-9000 standartlar sisteminin tələblərinə cavab verən bir şirkət kimi «Odlar Yurdu-95» əczaçılıq şirkəti Avropaya inteqrasiya yolunda növbəti bir zirvəni fəth etdi. Azərbaycan əczaçılıq sektorunda İSO 9001-2000 keyfiyyət sertifikatına ilk layiq görülən, ilk dəfə bu sertifikatı qazanan «Odlar Yurdu-95» şirkəti oldu.


İSO 9001-2000

İSO 9001-2000

İSO-9000

İSO-9000
Daim inkişaf, keyfiyyətin yüksəldilməsi, personalın peşəkarlıq səviyyəsinin artırılması, yüksək istehsal şəraitinin yaradılması və s. uğrunda çalışan şirkətimiz hazırda «Keyfiyyət Menecment Sistemi»-nin tələblərini və müddəalarını əldə rəhbər tutaraq bu sahədə gündən-günə daha böyük uğurlar əldə etməkdədir.