


 |
 |
İnsan Qaynaqları Şöbəsi şirkətin inkişafını sürətləndirmək üçün personalın bütün sahələrdəki bacarıqlarını dəstəkləyərək və ehtiyaclarını qarşılayaraq, onlarin mükəmməl nəticə göstərmələrini əsas hədəf kimi qarşısına qoymuşdur. Məqsədimiz burada çalışanlar üçün ən yaxşı şəraiti yaradaraq onların performaslarını artırmaq və eyni zamanda özlərini “Odlar Yurdu-95” əczaçılıq şirkətinin bir parçası kimi hiss etmələrini təmin etməkdir.
Biz, Sizin “Odlar Yurdu-95” şirkətində iş perspektivi ilə
maraqlanmağınızdan məmnuniyyət duyuruq, işin və gündəlik həyatın ahəngdar şəkildə uyğunlaşmasının vacibliyini dərk edirik. Bilirik ki, çalışdığımız iş şəraiti gördüyümüz iş qədər vacibdir. Məhz buna görə də, bütün stimullaşdırma sistemlərinə dəstək göstərir, müxtəlif iş
formalarının fəaliyyət göstərməsi üçün şərait yaradırıq. |
|
Əsas Məqsədlər:
- İşçilərimiz üçün ən rahat şəkildə çalışa biləcəkləri şəraiti yaratmaq
- Işçilərin fəaliyyətini yaxından izləyib, onların daha yaxşı nəticə göstərə bilməsi üçün lazımı yolları(üsulları) təsbit edib uyğulamaq
- Yeni işçinin işə götürülməsi prosesində hər kəsə bərabər şəkildə davranılmasını təmin etmək
- İş prosesində işçilərin mövcud problemlərini vaxtında aşkar edib aradan qaldırmaq, onların psixoloji rahatlığını təmin etmək
- Personalın peşəkarlıq səviyyəsini artırmaq
- İşçilərin iş potensialını qiymətləndirərkən mümkün qədər obyektiv olmaq
- İşçi itkisini minimuma endirmək
Firmanın əməkdaşlıq etdiyi partnyorlar əsasən Avropa ölkələrinin aparıcı dərman preparatları istehsalçılarıdır. Onların çoxillik təcrübəsinə əsaslanaraq Azərbaycan əczaçılıq bazarında yeni üsulların tətbiqinə çalışan şirkət, öz əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi fikir verir. Bu məqsədlə şirkətimizdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş marketoloqlar mütəmadi treninqlər keçirir və şirkət əməkdaşları ölkə daxilində təşkil olunmuş satış-marketinq kurslarında iştirak edir.
|
 |
 |