Bu məqsədlə şirkətimizdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş marketoloqlar mütəmadi treninqlər keçirir. Belə ki, kompaniyanın bütün əməkdaşlarına tanınmış «Abbot», «Pfizer» və «Upcon» şirkətlərinin məsləhətçiləri, Türkiyənin «Besam» şirkətinin nümayəndələri tərəfindən təlim kursları keçirilmişdir və həmin şirkətlərlə təcrübə mübadiləsi bu gün də davam edir. Eyni zamanda ölkə daxilində təşkil edilən bütün beynəlxalq treninq proqramlarında, tədris kurslarında aktiv iştirak edirik.
|
Yürütdüyümüz hər bir strategiya bizim ən yüksək insani dəyərlərimizdən biri olan - səhhətə baxışımızı əks etdirməlidir
|