«Odlar Yurdu-95» əçzacılıq şirkəti öz idarəetmə sistemini İSO 9001-2000 keyfiyyət meneçment sisteminin tələblərinə uyğun qurmuşdur. Şirkətdə tabecilik və idarəetmə eyni zamanda şaquli və üfiqi prinsiplər üzrə həyata kecirilir. Hazırda şirkətdə fəaliyyət göstərən 10 makroşöbə və onların daxilində olan mikroşöbələr məlumat axının effektli mübadiləsini təmin edərək, daha tez və daha uğurlu nətiçələr əldə edir.
Şirkətdə fəaliyyət göstərən satış və marketinq şöbələri əlaqəli calışaraq əsas hərəkətveriçi qüvvə rolunu oynayır. Digər şöbələrin fəaliyyəti bu iki böyük şöbənin fasiləsiz və effektli işləməsini təmin etməkdən ibarət olub, şirkətin baş quruluş planında üfiqi prinsiplə yerləşmişlər.
Mühasibatlı
q, İnsan Qaynaqları, Ümumi, Dizayn və Keyfiyyətə nəzarət şöbələri birbaşa şirkətin prezidentinə tabe olub digər şöbələrlə yalnız üfiqi iş asılılığına malikdirlər.
İdarəetmə sisteminin yüksək standartlara uyğun qurulması iş keyfiyyətini yüksəldir, iş mühitini sağlamlaşdırır, daha yüksək nətiçələr əldə olunmasına zəmin yaradır.
|