«Ünalfarm» MMC 2001-ci ilin sentyabr ayından etibarən Azərbaycan əczaçılıq sektorunda uğurla fəaliyyət göstərir.
Şirkətin 90-dan artıq əməkdaşı 5 marketinq qrupun nəzdində çalışır. Qrupların fəaliyyəti gastroenteroloji, ginekoloji, pediatrik və digər tibb sahələrini əhatə edir.
Ünalfarm əsasən İtaliyanın «Fulton», Cənubi Koreyanın «Han Seo Pharm», «Samsung pharm» və həmçinin, Hindistanın «İntas accord», «Ajanta farma» kimi qabaqcıl əczaçılıq zavodlarının istehsal etdiyi yüksək keyfiyyətə malik dərman preparatlarının Azərbaycan Respublikasında marketinq tədbirlərini hazırlayıb həyata keçirir.
«Ünalfarm» MMC dərman preparatların etibarlılığı və yüksək ixtisaslı işçiləri sayəsində qısa müddət ərzində istehlakçılar tərəfindən rəğbət qazanmışdır.
Bizim məhsullarımız və xidmətlərimiz xəstəliklərin qarşısını almağa, müalicə etməyə kömək edir və beləliklə insanların sağlamlığını və həyat keyfiyyətini yüksəldir.
Gələcəyin tələbatına uyğun yüksək keyfiyyətə malik dərman preparatlarını təqdim etməklə Azərbaycanda əczaçılıq sahəsinin inkişafı üçün çalışmaq qarşımızda olan əsas vəzifələrdən biridir.
|